Aşığın sözü qurtaranda, “neynim, neynim” deyər.

Cf. You may wag your tongue till you’re blue in the face. Вздор вздором помножить, так и выйдет чепуха. / Нечего говорить, так: тово-воно, как оно. / Мелет до вечера, а слушать нечего.
aşığı alçı durub
Aşıq gördüyünü çalar.
OBASTAN VİKİ
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. == Təsnifatı == Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Kişi sözü
Kişi sözü (film, 1987)
Sarı Aşığın abidəsi
Sarı Aşığın abidəsi (XVII əsr) – Laçın rayonu Güləbird kəndi ərazisində bayatı ustadı Sarı Aşığın qəbri. Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında Həkəri çayının sağ sahilində XVII -XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olub, burada yaşayıb və Qaradağlı kəndinin yaxınlığında hazırkı Güləbird kəndinin ərazisində dəfn olunub. Aşığın qəbrinin baş daşına onun xəyali şəkli də həkk olunub. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir. Sarı Aşığın həyatıyla bağlı xalq arasında "Yaxşı və Aşıq" dastanı təşəkkül tapıb. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük verib. Aşıq əsasən əxlaqi məsələlərə toxunan bu bayatılarında cinaslardan çox ustalıqla istifadə edib.
Ana sözü (qəzet)
"Ana sözü" (qaq. Ana Sözü) — Moldovada qaqauz dilində nəşr olunan ilk qəzet. == Tarixi == İlk qaqauz qəzeti olan "Ana sözü" Todur Zanetin əməyi sayəsində işıq üzü görmüşdür. Qəzetin ilk nömrəsi 14 avqust 1988-ci ildə çap olunmuşdur. Bundan sonra Todur Zanet 1988-1994-cü illərdə bu qəzeti çıxarmışdır. O, 1999-cu ildən bu günədək qəzetin baş redaktorudur. Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımlar atılarkən, əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verilib, 1993-cu ilin sentyabr ayının 25-dən etibarən isə qəzet bütünlüklə latın qrafikasında çıxarmağa başlamışdır.
Kişi Sözü (1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. == Məzmun == Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... == Film haqqında == Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Müəllim sözü (qəzet)
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
“Müəllim sözü” qəzeti

Sarı Aşığın xatirə muzeyi
Sarı Aşığın xatirə muzeyi və ya Sarı Aşığın ev muzeyi - Azərbaycan aşıqlarından olan Sarı Aşığın ölümündən sonra Laçın rayonu, Güləbird kəndində yaradılan xatirə muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında, hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir. Azərbaycan SSR-i dövründə 1989-cü ildə Laçın rayonu Güləbird kəndində Sarı Aşığın abidəsi üzərində dövlət səviyyəsində tanınmış dövlət və hökumət nümayəndələri, o cümlədən Azərbaycan Yazıçılar İttifaqının və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə ev muzeyinin açılışı olmuşdur. Muzeyin yaradılmasında məqsəd Sarı Aşıq yaradıcılığının tanıdılması idi. Bu zaman həmin xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmışdı. Muzeyin ətrafında abadlıq işləri aparılmış və Sarı Aşığın xatirəsinə həsr edilmiş abidəsi ucaldımışdı. Muzey 1989-cu ildən 1992-ci ilin may ayına kimi Laçın rayonu Güləbird kəndində 9 nəfər işçi ilə fəaliyyət göstərmişdir.
Kişi sözü (film, 1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. == Məzmun == Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... == Film haqqında == Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Kişi sözü (teleserial, 2016)
Kişi sözü — 2016-2017-ci illərdə Azad Azərbaycan TV-də yayımlanmış romantik komediya janrlı Azərbaycan teleserialı. 13 seriya yayımlandıqdan sonra 14 yanvar 2017 tarixində fəaliyyətini dayandırmışdır. == Məzmun == Əjdər (Əjdər Həmidov) və Elnur (Elnur Hüseynov) uzaq vaxtlardan dostdurlar, həmçinin, onlar övladları Nurlana (Nurlana Cəfərova) və Cavidi (Cavid Gül) göbəkkəsdi edirlər. Lakin Nurlana İslamla (İslam Mehrəliyev), Cavid isə Aydanla (Aydan Axundova) evlənmək istəyir. Buna baxmayaraq, sonuncu 13-cü seriyada Nurlana ilə Cavid, İslamla Aydan evlənir.
Erməni soyqırımı. Türkün sözü
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Qənirə Paşayeva Operator: Musa Qulammirzəyev Montaj: Murad Zeynalov Dizayn: Murad Zeynalov Səs: Abd.
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Qənirə Paşayeva Operator: Musa Qulammirzəyev Montaj: Murad Zeynalov Dizayn: Murad Zeynalov Səs: Abd.